hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Eldar Əzizov sakinlərə qədim Romadan danışdı - Lökbatandan müxalifətə verilən mesaj

Eldar Əzizov sakinlərə qədim Romadan danışdı - Lökbatandan müxalifətə verilən mesaj

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Qaradağ rayonu Lökbatan qəsəbəsində sakinlərlə görüşüb.

Cebhe.info bildirir ki, şəhər rəhbəri çıxışında paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin, fasad və girişlərinin təmiri, yeni liftlərin quraşdırılması "Abad məhəllə”lərin yaradılması barədə məlumat verərək paytaxt qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının tapşırığını xüsusi olaraq vurğulayıb.

Yüzlərlə sakinin iştirakı və ənənəvi "Açıq mikrofon” formatında keçirilən görüşdə hər bir sakin öz irad və təkliflərini deməyə imkan tapıb, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aidiyyəti qurumların rəhbərləri sakinlərin müraciət və təkliflərini üç saatdan çox vaxt ərzində ayaq üstə dinləyiblər.

Eldar Əzizov bildirib ki, Azərbaycan vətəndaşların hüquqları, o cümlədən söz və toplantı azadlıqları qorunan demokratik ölkədədir: "Bu tədbirlər qanunvericilik çərçivəsində keçirilməlidir ki, aksiyalar sakinlərə narahatçılıq yaratmasın. O qeyd edib ki, Avropa demokratiyası öz kökünü qədim Yunanıstan və Romadan götürür. Lakin qədim Romada da vətəndaşların kütləvi yığıncaq yeri olan Mars meydanı şəhər hüdudlarından kənarda idi".

Şəhər rəhbəri vurğulayıb ki, əhalinin bir qisminin öz hüquqlarını realizə etməsi, digərlərinin hüquqlarını pozmamalıdır: "Dünya praktikasına uyğun olaraq, kütləvi tədbirlərin keçirilməsi üçün şəhər hüdudlarından kənarda yer ayrılır. Lakin bununla yanaşı, Lökbatan qəsəbəsi şəhər mərkəzindən cəmi 15-20 dəqiqəlik məsafədə yerləşir. Əgər müxalifət həqiqətən də öz tərəfdarlarını toplayaraq dinc mitinq keçirmək istəyirsə, hər dəfə müxtəlif bəhanələrlə imtina etməzlər".

Eldar Əzizov həmçinin bildirib ki, şəhər rəhbərliyi icra hakimiyyətinin binası qarşısında piket keçirilməsinə icazə verdikdən sonra dərs prosesinin pozulması və mərkəzdə tıxacların yaranması ilə bağlı daxil olmuş şikayətlərin sayı, piketə gələn iştirakçıların sayından dəfələrlə çox olub: "Biz bundan nəticə çıxardıq. Aksiyada asayiş pozuntuları və təxribat cəhdlərinə baxmayaraq, Avropa ölkələrindəki müxtəlif aksiya və ixtişaşlar zamanı müşahidə etdiyimizdən fərqli olaraq, polis çox korrekt və səliqəli davranış nümayiş etdirib".

Görüşdə, ümumilikdə, 33 nəfər qəsəbə sakini çıxış edib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb, bir sıra problemlər yerindəcə həll edilib. 

Cebhe.info


Oxunma sayı: 1618