hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Əli Kərimli son “silah”dan da məhrum olur: “Evdən mübarizə”si nəticəsiz qaldı

Əli Kərimli son “silah”dan da məhrum olur: “Evdən mübarizə”si nəticəsiz qaldı

Facebook sosial şəbəkəsində saxta, zorakılıq təbliğ edən, terrora çağırış olan profillərin bağlanması prosesi başlayıb. Son olaraq Myanma ordusuna aid bir neçə hesab və səhifə bağlanıb. Facebook bu addımı Myanma əleyhinə “nifrət və yanlış məlumatların” qarşısını almaq üçün atıb. Şirkət facebookda 12 hesab və 52 səhifə, İnstagramda isə 12 milyon üzvü olan hesabı bağlayıb. Facebook sosial şəbəkəsində ümumilikdə 20 Myanma vətəndaşı, o cümlədən, baş komandir Min Aunq Xlayn və hərbi telekanal “Myawady” istifadədən məhrum edilib. 

Əldə edilən məlumatlara görə, twitter sosial şəbəkəsi də həqiqi olmayan səhifələri bağlamaq qərarına gəlib. Buna səbəb ABŞ-da bir neçə aydan sonra Konqresə keçiriləcək seçkilərə başqa dövlətlərin saxta profillər üzərindən kibermüdaxilə təhlükəsini aradan qaldırmaqdır. Çünki 2016-cı ilin prezident seçkilərindən sonra kiberhücumlar, trolluq fəaliyyəti ABŞ-ın siyasi sistemi üçün ciddi problemə çevrilib. 

Qeyd edək ki, Facebook sosial şəbəkəsi üzərindən saxta profillər yaratmaq son illər Azərbaycanda da dəb halını alıb. Bu, bir qayda olaraq, siyasi ömrünü başa vurmuş və populyarlıq qazanmağa çalışan diletantların mübarizə üsuludur. Azərbaycanda saxta profil bazarı əsasən “Yurd” rəhbəri Əli Kərimlinin siyasi inhisarında saxlanılır. Həmin profillərin sayı isə yağışdan sonra çıxan göbələk kimi hər gün artır. Məsələn, 2016-cı ilin məlumatında Əli Kərimlinin və ətrafının birlikdə 110-a yaxın saxta Facebook səhifəsinin olduğu bildirilirdi. Son araşdırmalar isə yalnız Əli Kərimlinin şəxsən özünün 200 saxta profilə malik olduğunu göstərir. Hətta “Yurd” lideri sədrlik etdiyi qurumun rəhbərliyində təmsil olinan hər bir kəsə öz adından gerçək olmayan çoxsaylı profil səhifəsi açmağı tapşırıb. Məqsəd isə “evdən mübarizə” prinsipinə üstünlük verməklə siyasi gündəmdə qalmaqdır.

2013-cü ilin prezident seçkilərindən sonra müxalifət düşərgəsində ciddi siyasi uğursuzluqla üzləşən Ə. Kərimli 2015-ci ildə sədri olduğu partiya üzvləri tərəfindən istefaya göndərildi. 2015-ci il oktyabrın 18-də AXCP üzvlərinin etimad qurultayında Razi Nurullayev partiyanın sədri seçildi. Siyasi karyerasına son qoyulan Əli Kərimli özünü gündəmdə saxlamaq üçün trollardan istəfadə metodunu seçdi. Çünki onun gündəmdə qalmaq üçün təşkil etdiyi mitinqlərə öz dostları, yaxın ətrafından başqa heç kim gəlmirdi. Dəfələrlə “Məhsul” stadionu kimi kiçik ərazini doldura bilməməsi “Yurd” “şefinin siyasi iflasının etirafı kimi dəyərləndirilə bilər. Ona görə də Əli Kərimli öz siyasi varlığını qorumaq, özünü gündəmdə saxlamaq üçün saxta üsullara əl atdı. Gerçək olmayan profillər yaratmaqla təbliğat qurmaq, bu şəbəkələr üzərindən videomüraciətlər, qurama müsahibələr yaymaqla siyasi fəaliyyətini davam etdirdiyinə dair rəy formalaşdırmağa çalışır. Ancaq həmin videomüraciətlərin, müsahibələrin baxılma, bəyənmə və paylaşım sayına diqqət yetirsək, onların mitinqə gələn tərəfdarlarının sayı qədər olduğunu görmək olar. Bu isə Əli Kərimlinin saxta profilini öz yaxın ətrafından başqa heç kimin izləmədiyini göstərir. 

Yəni, Əli Kərimlinin Facebook fəaliyyəti əslində ictimai rəyə əhəmiyyətli təsir imkanına malik deyil. Bu çıxışlar, hay-küylü bəyanatlar daha çox suları bulandırmağa və sosial şəbəkə üzvlərinin diqqətini özünə yönəltməyə hesablanıb. Diqqət yetirsək, görərik ki, həqiqəti anlayan insanlar Əli Kərimlini ifşa etmək üçün bəzən ona “Siz doğrudan da müxalifətsinizsə, nə vaxta qədər mitinq keçirmədən Facebook vasitəsilə mübarizə aparacaqsınız?” sualını ünvanlayır. Bu yerdə əsl gerçəkliyin üzə çıxdığını görən “Yurd” sədri cavabdan yayınmağa cəhd edir, mitinqlərin baş tutmamasına görə, məsuliyyəti xalqın üzərinə atır. Amma yaxşı olardı ki, Ə.Kərimli xalqın nə üçün onun arxasınca getmək istəmədiyinə dair suala aydınlıq gətirsin. İndiki şəraitdə trolluq onun işinə daha çox yarayır. Bununla həm gündəmdə qalmasını, həm də cəmiyyətdə özünün müxalifətçi obrazı yaratmasını təmin edir. 

Lakin qara texnologiyalarla fəaliyyət göstərməklə uzağa getməyin mümkün olmadığı artıq öz təsdiqini tapmağa başlayıb. Facebook saxta profilləri bağlayırsa, deməli, bu siyasi tale yalnız Myammardakı generalları deyil, “Yurd” şefini də gözləyə bilər. Son illər saxta profillər hesabına fəaliyyətini quran və davam etdirən Əli Kərimliyə məxsus qurama səhifələr bağlansa, nə edəcək? Təbii ki, ilk növbədə, Əli Kərimlinin yalan üzərində qurulmuş təbliğat maşını “sönəcək”. Artıq sosial şəbəkələrdə saxta üsullarla siyasi təbliğat aparanların fəaliyyət imkanları tükənir. Bu isə Əli Kərimlinin onsuz da başa çatmış siyasi karyerasına süni nəfəs verməyə çalışan rupor maşınından məhrum olması deməkdir. 

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 9415