hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Əli Kərimlinin təhlükə hesab etdiyi Əli İnsanov: Yaxud "konkret, rədd ol"un dəyişməyən fəlsəfəsi

Əli Kərimlinin təhlükə hesab etdiyi Əli İnsanov: Yaxud "konkret, rədd ol"un dəyişməyən fəlsəfəsi

Ölkədə cərəyan edən son proseslərin davamı kimi gözlənilən oldu. 

Adı siyasi məhbus siyahısında olanlardan 50 nəfəri əfv sərəncamı ilə azadlığa çıxdı. Azad edilənlər arasında 14 illik həbs həyatından sonra əfv olunan sabiq səhiyyə naziri Əli İnsanov da var. Sabiq nazirin adı siyahıdakı digər adların hamısından bəlkə də  daha çox maraqla gözlənilirdi. Uzun illər hakim komandada təmsil olunduqdan sonra həbs olunan və barəsində dövlət çevrilişinə cəhddən korrupsiyaya qədər ən müxtəlif ittihamlar irəlisürülən İnsanovun azadlıqdakı tutumu cəmiyyəti olmasa da, siyasi cameəni maraqlandırırdı. Əfv sərəncamı verildiyi gün də bu siyasi cameənin məsələyə münasibətini ən azı Facebook statuslarında müşahidə etmək olurdu. Azadlıqdakı ilk çıxışı ilə Əli İnsanov ağılları qarışdırdı. Amma kimin?

Təbii ki, Əli İnsanovdan istər Nelson Mandela, istər Əbülfəz Elçibəy, istərsə də Heydər Əliyev formalaşdırmaq cəhdləri bəribaşdan uğursuzluğa məhkumdur. Çünki elə ilk açıqlamasından İnsanovda siyasətçidə olmamalı aqressiya və kin, qəzəb özünü daha çox göstərdi. Adam sanki özünü sarı paltolu, amma ağ atlı obrazında göstərmək istəyirdi, üstəlik də əlində "şprisi".

Onu qarşılayanlara belə etinasız, laqeyd və aqressiv davranış sərgilədi. Bu da adamın ötən 14 il ərzində dəyişmədiyini və elə "konkret, rədd ol" düşüncəsindən hələ də xilas olmadığını göstərirdi. 

Amma bütün bunlara rəğmən, siyasətlə uğraşacağını deməsi indiki situasiyaya başqa rəng qatır. 

Yəni, sabiq nazir siyasətlə məşğul olacağını və Azərbaycandan getməyəcəyini dedi: “Mən siyasətdən aralanmamışam ki! Azərbaycandan heç yerə getmək fikrim yoxdur. Mənim ailəm, uşaqlarım həmişə burda olub”. 14 il müddətində ailə üzvləri ilə görüşmədiyini deyən Əli İnsanov “Həbsxananın öz qanunları var. Burada biraz “oğru”ların qanunlarına hörmət etməlisən. Mən 14 il müddətində ailə üzvlərimlə görüşməmişəm. Ancaq bir neçə nəfər kişi xeylağı yanıma gəlib-gedib”,- deməklə cəmiyyətdə özünə qarşı maraq yaratmağı da hədəfləmiş ola bilər. Hər halda cəmiyyətdə nə qədər kriminal qrup sayılsalar da, “oğru dünyası”na xüsusi maraq var və 14 illk həbs həyatı yaşamış biri kimi İnsanov bunu bilməmiş deyil. 

Qısa çıxışındakı maraq çəkən digər detal Əli İnsanovun müxalifətə qoşulub-qoşulmayacağına  aydınlıq gətirməsi oldu: “Çox maraqlı sualdır. HərşeyAllahınəlindədir. Bilməkolmaz, onlarmənəqoşulacaq, yoxsamənonlara”. 

İndi hamı üçün maraqlıdır. Əli İnsanov “onlar” deyəndə kimi nəzərdə tutur? Sabiq nazir üçün müxalifət kimlərdən ibarətdir? Milli Şura, müxalifəti monopoliyada saxlamağa adət etmiş “Yurd” və sədri Əli Kərimov, İsgəndər Həmidovun yaratdığı Azərbaycan Xalq  Hərəkatı, yaxud Müsavat, yoxsa Real, ya Razi Nurullayevin AXCP-si? Bəlkə Etibar Məmmədovun AMİP-i? Ola bilsin ki, Lalə Şövkət və Rəsul Quliyev nəzərdə tutulur?

Hələlik Əli İnsanovun düşüncəsindəki müxalifətin kim olduğunu bilmirik, ola bilsin ki, bunu heç sabiq nazir özü də dəqiq bilmir. Ona görə də suallara ətraflı cavab vermək üçün bir neçə gün möhlət istəyib. Bu müddətdə prosesləri ətraflı müşahidə və təhlil edəcək, öz mənbələrindən (İnsanovun əvvəlki mövqeyini nəzərə alsaq, bu mənbələr kifayət qədər mötəbər ola bilər-müəl.) informasiya alacaq və mövqeyini açıqlayacaq. Bu mövqeyin nə olacağından asılı olmayaraq indidən bir şeyi dəqiq demək mümkündür-Əli İnsanov müxalifət mövqeyində durduğunu elan edib indiki hakimiyyətləbu dəfə azadlıqda  üz-üzə gəlməyi gözə alsa belə, Milli Şuranın çətiri altına girməyəcək. Buna İnsanovun nə təkəbbürü, nə imkanları, nə azadlıqda olduğu, nə də həbsdə qoruduğu mövqeyi imkan verir.  Deməli, həm də Əli Kərimli ilə birlikdən danışmaq tezdir və ya bir az da irəli getsək, mümkün deyil. Hər iki Əlinin iddiaları onları birləşməyə qoymayacaq qədər çoxdur. Üstəlik İnsanovun imkanları Kərimlinin imkanlarından yüksəkdir. Bura həm maddi, həm siyasi dəstəyi əlavə etsək, İnsanovun Kərimlinin yanında görünəcəyi inandırıcı deyil. Müxalifəti monopoliyada saxlamağa vərdişkar olmuş Əli Kərimli üçün Əli İnsanov kifayət qədər böyük fiqurdur. Təbii ki, “Yurd” sədri sabiq nazirin həm maddi imkanlarından, həm elektoratından, həm siyasi dəstəyindən (bu dəstək həm çöldə, həm də hakimiyyətin öz daxilində ola bilər-müəl.) yararlanmaqla “əlini gücləndirməyi” çox istəyərdi. Amma istək reallığa uyğun deyil. Əli İnsanov Əli Kərimlinin bu istəyinin reallaşması üçün heç bir çaba göstərməyəcək, azadlıqdakı ilk açıqlamasında “onlar mənim yanımda dayanacaq” mesajı da qarşı tərəfdə kifayət qədər ciddi qarşılanıb ki, “Yurd” sədri onun barədəki çıxışında “yaşlı adam” ifadəsi ilə qarşılıq verib.

Deməli, Əli Kərimli Əli İnsanovun dəstəyinə ümid bağlaya bilməyəcəyini anlayıb, ona görə də indi müxalifətdəki monopoliyasını saxlamaq üçün bütün bacarığını işə salacaq. “Yurd” sədri üçün artıq bir məsələ dəqiqdir-Əli İnsanov müxalifətdə dayanacağından, hökumətə qarşı loyallıq göstərib-göstərməyəcəyindən asılı olmayaraq, ən böyük “siyasi təhlükəni” onun üçün yaradıb. İnsanov indi Kərimlidən daha öndədir. İmkanları dəstək qazanmaq şansını yüksəldir. Deməli, Kərimli narahatlığında haqlıdır və özündən imkanları daha geniş başqa bir Əlinin varlığına nə qədər davam gətirəcəyi yaxın zamanda bəlli olacaq.     

Elnarə Kərimova
Cebhe.info


Oxunma sayı: 21780