hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əli Əhmədov Kiyevdə Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdü

Əli Əhmədov Kiyevdə Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdü

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Kiyevdəki Heydər Əliyev adına parkda ulu öndərin abidəsinin önündə anım mərasimi keçirilib.

Anım mərasiminin iştirakçıları əvvəlcə, ulu öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər.

Tədbirdə iştirak edən Baş Nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, ulu öndərin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Sovetlər dönəmində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub.

“Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verib. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli Lideri xilaskar adlandırıb. 1993-cü ildə Ulu Öndərin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və digər bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı”, - deyə Ə.Əhmədov qeyd edib.

Baş Nazirin müavini vurğulayıb ki, Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir.

Baş Nazirin müavini bildirib ki, bütün dünyada olduğu kimi, Ukraynada da kifayət qədər azərbaycanlı yaşayır:

“Siz özünüzü həmişə güvənli hesab edə bilərsiniz, sizin arxanızda güclü Azərbaycan və onun Prezidenti dayanır. Mən inanıram ki, burada çalışan bütün soydaşlarımızın, təhsil alan azərbaycanlıların hər birinin ürəyi Azərbaycanla döyünür”.

Cebhe.info


Oxunma sayı: 1068