hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əli Əsədov iclas keçirdi - FOTO

Əli Əsədov iclas keçirdi - FOTO

Bu gün Azərbaycanın Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Cebhe.info xəbər verir ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Prezidentinin 07 avqust 2020-ci il tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.

Azərbaycan Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub. AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.

Cebhe.info


Oxunma sayı: 1420