hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Əli Kərimli yenə dağıdıcı rolunda: Müxalifətin seçki müzakirəsinə qatılmadı

Əli Kərimli yenə dağıdıcı rolunda: Müxalifətin seçki müzakirəsinə qatılmadı

Bu dəqiqələrdə Müsavat Partiyasında müxalifət təmsilçilərinin növbədənkənar parlament seçkisinə dair müzakirə aparılır. 

Cebhe.info xəbər verir ki, müzakirədə Müsavatın sabiq başqanı İsa Qəmbər, başqan Arif Hacılı, ReAL sədrinin müavini Natiq Cəfərli, sabiq səhiyyə naziri Əli İnsanov, AXP sədri Pənah Hüseyn, "Turan" İA-nın rəhbəri Mehman Əliyev və digərləri iştirak edib. Dünən müzakirə ilə bağlı siyasi təşkilatlara ünvanlanan müraciətdə Milli Şura rəhbərliyi yer alsa da, təşkilatın rəsmi sədri Cəmil Həsənli və faktiki rəhbəri Əli Kərimli müzakirəyə qatılmayıb. 

Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd" təşkilatını Seymur Həzi təmsil edib.   

Əli Kərimlinin müzakirəyə qatılmaması onun müxalifətin seçki ərəfəsində yaranması mümkün görünən daha bir birliyini bəribaşdan pozmaq məqsədindən xəbər verir.

Beləliklə, növbədənkənar seçki ilə bağlı bir neçə gündür sosial şəbəkə hesablarında, internet kanallarında çıxışlar edən Kərimli müxalifətin bu mövzuda keçirdiyi canlı müzakirədə iştirakdan imtina ilə dağıdıcı mövqeyini bir daha sərgiləyib.

Cebhe.info


Oxunma sayı: 3037