t Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd

Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd

“Yurd” sədri Əli Kərimli uzunmüddətli “susqunluğunu” yenidən Şəhidlər xiyabanında pozdu. 

Əslində gözlənilən idi, “Yurd” sədri illərin təcrübəsindən çıxış edərək belə günlərdə fürsəti qətiyyən fövtə verməyi sevməz. Bu dəfə də ötənildəki "Xiyaban şousu”nu təkrarlamağa cəhd etsə də, alınmadı. Çox səs-küydən sonra özü ilə bir neçə nəfər apara bildiyi xiyaban ziyarətinə qədər uzun yolda ancaq monoloq söylədi, ara-sıra jurnalistlərə iş öyrətməyi də unutmadı, iqtidarın “Yurd” və Milli Şuranın rəhbərliyinə mane olmaq cəhdindən dönə-dönə danışdı. Amma bu dəfə cəhdləri alınmadı, planlaşdırdığı səs-küylü qarşıdurma olmadı, heç adi qaydada ziyarətə gələn yüzlərlə insanın qarşısına çıxıb onlardan foto-video çəkdirmək üçün bəhrələnmək planı da baş tutmadı. Kərimlinin arzuladığı təxribat cəhdi uğursuz oldu. Niyyəti heç də vətənin azadlığına qanı bahasına nail olan şəhidləri ziyarət olmadığından, daha çox insanın bir araya gəlməsini fürsət bilərək növbəti şousunu oynamaq istəyən Kərimlinin arzusu elə arzu olaraq da qaldı. 

“Minlərlə insan gəlib” deyərək vurğunu özünə yönəltməyə çalışsa da, xiyabana gedən yolda irəliləyəndə məlum oldu ki, ətrafındakılar elə ancaq həmin tanış simalardır - cəmi bir neçə nəfər. Uzun-uzadı monoloqundan, davranışlarından, əsəbi baxışlarından məqsədinə çatmamağın verdiyi qəzəbi duymaq çətin deyildi. Dəfələrlə “Bu ziyarətdən siyasi məqsədlər üçün istifadə etmək məqsədimiz yox idi” desə də əslində elə bu sözləri ilə də, davranışları ilə də əsl məqsədinin məhz siyasi şou nümayiş etdirmək olduğunu biruzə verirdi. Məqsədi şou olmayan şəxs kimliyindən asılı olmayaraq şəhidlərin məzarını ziyarət etməyi özünə vətəndaşlıq borcu bilirsə, sakit, heç bir göstəri olmadan xiyabana gedir və qayıdır. Bunun üçün insanların toplaşdığı yerdə ən qabaqda özünə mövqe seçib minlərlə insanla bərabər ziyarətə gəlmək görüntüsü yaratmaq niyyətinə düşmür.  Kərimli də gəlişigözəl sözləriylə əməlləri üst-üstə düşməyən biri kimi bunları bilməmiş deyil. 

Amma növbəti şou üçün meydan tapmaq fikrinə düşən “Yurd” sədri üçün bu ziyarət də uğurlu sayıla bilməz, çünki məqsədinə çatmadı. Qarşdıruma yaradıb diqqətləri üzərinə çəkmək, müqəddəs məkanda şəhid ruhlarını incitmək və bunun üzərindən özünə xal qazanmaq niyyəti puça çıxdı. 

Süleyman 
Cebhe.info


Oxunma sayı: 8537