hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Əli Kərimlinin mühafizəçisi olan idmançı azadlıqda

Əli Kərimlinin mühafizəçisi olan idmançı azadlıqda

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan idmançı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb.

Cebhe.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. İdmançıya Xətai rayon Məhkəməsinin verdiyi 3 il 6 aylıq həbs cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Amma məhkəmədə apellyasiya şikayətinə baxılarkən istər AXCP üzvü olan idmançı özü, istərsə də onun vəkilləri bəraət istəyib.

Qeyd edək ki, idmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.

Cebhe.info


Oxunma sayı: 562