hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Əli Kərimlinin trollarının hücum etdiyi jurnalist:"Siz hakimiyyətə gəlsəniz..."

Əli Kərimlinin trollarının hücum etdiyi jurnalist:"Siz hakimiyyətə gəlsəniz..."

ABŞ-da yaşayan jurnalist və bloger İsmayıl Cəlilov internet trolların hücumundan şikayətləndiyi videomüraciətlə çıxış edib.

Cebhe.info xəbər verir ki, jurnalistin sözlərinə görə, ona qarşı kampaniya Youtube kanalındakı müsahibələrdən birində "Yurd" lideri Əli Kərimlinin ünvanına tənqidi fikirlərin səslənməsindən dərhal sonra sosial şəbəkələrdə başlayıb.

Bundan dərhal sonra İsmayıl Cəlilovun Facebook sosial şəbəkəsindəki səhifəsinə Əli Kərimlini dəstəkləyən internet trolları tərəfindən təhqirlər yağmağa başlayıb. Əvvəllər ANS ÇM radiostansiyasında populyar aparıcı olmuş İsmayıl Cəlilov 90-cı illərdə Azərbaycandan ABŞ-a köçüb.

Son illərdə İ.Cəlilov fəal jurnalistikaya və ictimai fəaliyyətə qayıdıb. «Mənim Youtube kanalımda D18 hərəkatının lideri Ruslan İzzətli ilə müsahibə çıxıb və müsahibəsində o, Əli Kərimlini yüngül formada tənqid edib. Həmin videoda təhqir olmayıb. Jurnalist olaraq, mən heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin bundan dərhal sonra mənim səhifəmə Əli Kərimlinin trolları hücum çəkdi və təhqiramiz şərhlər yazmağa başladılar.

Adi tənqidə şəxsiyyətin alçaldılması ilə cavab verən bu qrupa nə deyəsənə

Sən demə, trollar hakimiyyəti müdafiə edən trollardan da betər imişlər. Çünki onlar yalnız hakimiyyəti internetdə müdafiə etməklə məşğuldurlar», - Cəlilov deyib.

Blogerin sözlərinə görə, dəfələrlə dəvət edilməsinə baxmayaraq, Əli Kərimli onun efirinə qatılmaqdan imtina edib. «Əli Kərimli gəlmir, çünki mənim kanalımı çox kiçik hesab edir. 4 min nəfərlik auditoriyam onun üçün çox balacadır. Amma əgər məndə belə az tamaşaçı varsa, nəyə görə Əli Kərimlinin tərəfdarları kanalımdan belə qorxurlarə Nəyə görə mən səhərdən axşama qədər onların təhqir dolu şərhlərini pozmalıyamə Əli Kərimli, mən sizə müraciət edirəm, tərəfdarlarınıza deyin ki, media nümayəndələrinə hücum etmək olmaz. Onları yığışdırın. Məndə belə bir qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, nə baş verərə Müxalifətdə olduğunuz halda tərəfdarlarınız jurnalistlərə hücum edir. Əgər real hakimiyyət qazansanız..."

Cebhe.info


Oxunma sayı: 2201