hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Əli Kərimlinin unutdurmaq istədiyi keçmiş

Əli Kərimlinin unutdurmaq istədiyi keçmiş

Azərbaycan siyasi mühitində müxalifətin imicini pozan, təfriqəçilik-nifaq yayan, şəxsi ambissiyaları uğrunda əsl müxalifətçiləri qurban verən "Yurd" sədri Əli Kərimli yenə də öz əməllərini davam etdirməkdədir.

Əvvəla, özünü "AXCP sədri" kimi qələmə verən Kərimlinin bu ada iddia etməyə heç bir hüquqi və ictimai əsası yoxdur. Mərhum Əbülfəz Elçibəyin partiyaya sədrlik etdiyi dönəmdə gizli "Yurd" təşkilatı yaradaraq anti-Elçibəy qrupuna rəhbərlik edən bu daxili xəyanətkar Bəy dünyadan köçən kimi əvvəldən planlaşdırdığı məkrli yolla partiyanı qəsb etdi. Onun diktator xüsusiyyətləri, riyakar siyasəti, təşviqi nəticəsində Elçibəyin qurduğu AXCP-də ilk parçalanma yaşandı. Kərimli partiyadaxili demokratiyanı pozaraq, qruplaşmalar yaratmaqla, fərqli fikrə və onu söyləyənlərə qarşı dışlayıcı münasibət sərgiləməklə AXCP-ni özü şəxsən parçaladı.

Bu partiya məhz Əli Kərimlinin sədrlik etdiyi dönəmdə bir neçə dəfə parçalanma yaşadı. Uzun illik yorucu və üzücü sədrlik, heç bir uğur əldə etməmək və ya edə bilməmək, diktator xüsusiyyətlərinə qalib gəlməmək, məcbur olub partiyadan kənarlaşan, (bəzən də kənarlaşdırılan) şəxslərin haqlı tənqidlərindən nəticə çıxarmaq əvəzinə onlara qara yaxmaq, suçlamaq, trol dəstələri ilə hücum və təhqirlərə məruz qoymaq Əli Kərimlinin iç üzünü daha açdı.

Onun indi nəinki AXCP -də və cəbhəçilər arasında, ümumiyyətlə müxalifət daxilində heç bir nüfuzu qalmayıb. Siyasi nüfuzunu itirərək artıq son çırpınışlarını edən "Yurd" sədri də, onu "AXCP sədri" kimi təqdim edib, yenidən "diriltmək" istəyənlər də xatırlasınlar ki, Azərbaycan hüquqi və demokratik dövlətdir. Uzun illərdir parçalayıb dağıtmış olduğu bir qurumun əlindən çıxması ilə barışmaq cəsarətində olmayan birinin indi bu partiyanın adına iddiası normal qarşılanmır. Artıq bütün ictimaiyyət, müxalifət bilir ki, Əli Kərimlinin bu oyunlarından təngə gələn cəbhəçilər ən sonda növbəti parçalanmaya yox, özlərinə yeni sədr seçməyə qərar verdilər.

Çünki bu, daha məqbul yol idi. Partiyanın parçalanaraq zəiflədilməsinə biganə qala bilməyən cəbhəçilər partiyada demokratik və müasir, sivil, birləşdiricilik təfəkkürünə malik, Elçibəy ideyalarının davamçısı, istər daxildə, istərsə də ümumilikdə müxalifət düşərgəsində nüfuz sahibi Razi Nurullayevin sədrliyə namizədliyini irəli sürərək Etimad Qurultayı keçirməklə onu AXCP sədri seçdilər. Doğrudur, qarşı tərəfin də sədrliyə iddialı olması səbəbi ilə məhkəmə qaydasında bu məsələ tam həllini tapmayıb, lakin de-fakto qəbul edilən AXCP sədri Razi Nurullayevdir. Əgər tam obyektiv, bitərəf yanaşsaq, Elçibəy ideyalarına bağlılıq, demokratik dəyərlərin yaşadılması, Kərimlidən fərqli olaraq ayırıcılığa yox, birləşdiriciliyə təşviq, siyasi partiya özəllikləri və tələblərinin qorunması, dövrün və müasir dünyanın mövcud qaydaları ilə ayaqlaşaraq sivil mübarizə, xalqa xidmət, seçkilərdə aktiv iştirak kimi amillərə riayət xüsusiyyətlərinə sahib, cəmiyyətə stabil siyasət aşılayan Razi Nurullayevin sədrlik etdiyi AXCP tam qanuni, Əli Kərimlinin AXCP sədriliyinə iddiası isə tam əsassız və qanunsuzdur. Hətta bəzi himayədarları tərəfindən partiya sədri kimi adının hallandırılması da ayrı bir qanunsuzluqdur və cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir.

Ədliyyə Nazirliyində sədrliyi təsdiqlənməmiş, cəbhəçilərin böyük əksəriyyətinin qəbul etmədiyi, partiyanın qurucusu olan Elçibəyin bircə adamının da artıq yanında qalmadığı, dağıdıcı, çığır-bağır siyasətindən başqa bir şey bacarmayan bir şəxsin adının "AXCP sədri" kimi hallandırılması doğru deyil. "Yurd" sədri kimi o, Razi Nurullayevin artan nüfuzuna dözə bilməyərək böhtan kampaniyaları təşkil etməkdən yorulmur. Əslində Kərimli özü də bilir ki, AXCP-yə də, ümumən müxalifətə də ilk parçalanmanı, bölücülüyü, mənəm-mənəmliyi, söyüş və şantaj ənənəsini o gətirib. Yüzlərlə insanı, cəbhəçini öz şəxsi ambissiyalarına qurban verib. Mübarizə adlandırdığı, əslində isə qaragüruhçu hay-küydən o yana keçməyən uzun illik fəaliyyəti müddətində iqtidara heç bir təsirə nail ola bilməyib. Əksinə, sadəlövh tərəfdarlarının həbsinə, vəziyyətlərinin daha da ağırlaşmasına, işdən çıxarılmasına, ölkədən getməsinə səbəb olub. Bütün bunlar Əli Kərimlinin siyasi mövcudluğuna son qoyulması üçün yetərli səbəblərdir.

Tural İrfan,

AXCP sədrinin müavini

Cebhe.info


Oxunma sayı: 1684