hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

"Əli Kərimlinin yanında Bəyin bircə silahdaşı da qalmayıb"- Elçibəyçilərdən  "Yurd" sədrinə daha bir xəyanət ittihamı

"Əli Kərimlinin yanında Bəyin bircə silahdaşı da qalmayıb"- Elçibəyçilərdən  "Yurd" sədrinə daha bir xəyanət ittihamı

İyunun 24-də mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının 81-ci ildönümü qeyd edilən zaman Əli Kərimlinin onun məzarı başında etdiyi çıxış geniş müzakirələrə səbəb olub.

Belə ki, Əli Kərimli özünü Elçibəyin ruhu qarşısında “ən təmiz siyasətçi” elan edib.

Onun bu sözləri Elçibəyin sadiq silahdaşlarından olan Mirmahmud Mirəlioğlu tərəfindən etirazla qarşılanıb. M.Mirəlioğlu Əli Kərimliyə qarşı sərt ittihamlar irəli sürüb. O, Əli Kərimlini Elçibəyə xəyanətdə suçlayıb.

Bəs bu məsələdə haqlı tərəf kimdirə Əli Kərimli, yoxsa Mirmahmud Mirəlioğluə

Elçibəyin yaxın silahdaşlarından, AXCP fəallarından olmuş və hazırda “Cebhe.info” xəbər portalının baş direktoru, "Cümhuriyət" qəzetinin baş redaktoru olan Rəfail Becanov AzNews.az-a müsahibəsində mövzu ilə bağlı fikirlərini bildirdi:

- Rəfail bəy, siz necə düşünürsünüz, doğrudanmı, Əli Kərimlinin Elçibəyin ruhu qarşısında alnıaçıq, üzü ağ və vicdanı təmizdirə

- Xalq Cəbhəsinin fəaliyyət dövrü bizim ən yaxın tariximizdir. Biz, o təşkilatda olanlar o zaman baş verənləri çoxlarından yaxşı bilirik. Elçibəy AXCP lideri olduğu zaman Əli Kərimlinin etdikləri ancaq Bəyin əleyhinə yönəlmişdi. Qruplaşma, tərəfdar toplama, yalandan şantaj etdirmək və s. O, Bəyi daim şantaj etdirirdi. İndi o, hansı haqla özünü alnıaçıq, üzüağ siyasətçi hesab edə bilər kiə

- Mirmahmud Mirəlioğlu Əli Kərimlini Elçibəyə xəyanətdə ittiham edir. Həmin xəyanət nədən ibarət idiə

- Elçibəyə qarşı olan xəyanətlər barədə ayrı-ayrı adamlar danışıb həmişə, bu barədə mediada da məlumatlar yayımlanıb. Ona qarşı hazırlanan xəyanət kampaniyalarının başında hər zaman birbaşa Əli Kərimli olub. Hətta 1998-ci il qurultayında belə onlar xüsusi təxribat hazırlamışdılar. Sadəcə həmin təxribatı reallaşdırmağa gücləri çatmadı, imkanları yetmədi. Ona görə indi Əli Kərimlinin o sözü deməyə heç bir haqqı yoxdur. O, həmişə Elçibəy haqqında bitmiş siyasətçi, tükənmiş siyasətçi obrazı yaratmağa cəhd edib. O cümlədən, partiyanın Ali Məclisində, Rəyasət Heyətində bəzi adamlara yalançı vədlər verərək, müəyyən mənada, hətta qarşılıq ödəyərək onları Elçibəyin əleyhinə çıxış etməyə məcbur edib. Bundan böyük nə xəyanət ola bilərə Biz hamımız Elçibəyin ətrafında birləşib onun liderliyi ilə Azərbaycanda demokratik cəmiyyətin daha da möhkəmlənməsi uğrunda mübarizə apardığımız dövrdə Əli Kərimli Elçibəyə qarşı mübarizə aparıb. Yəni, biz Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparırdıq, amma bu adam Elçibəyə qarşı mübarizə aparırdı.

- Vaxtilə “Məkan” qəzetində Elçibəy haqda təhqiramiz yazılar dərc edilirdi. “Azadlıq” qəzetində Elçibəyin vəfat etdiyi gündə onun əleyhinə məqalələr çap olunmuşdu. Bu məqalələri yayımlamaqda Əli Kərimlinin məqsədi nə idiə

- Əli Kərimli həmin dövrdə müxtəlif dairələrdən aldığı sifarişləri yerinə yetirirdi. O, Elçibəyin əleyhinə fəaliyyət göstərmək üçün müxtəlif dairələrdən sifarişlər alırdı. Həmin dövrdə Əli Kərimlinin jurnalistlərdən ibarət şəbəkəsi var idi. Bu, həmin şəbəkənin fəaliyyətinin təzahürü idi.

- Bu gün Elçibəyin yaxın silahdaşlarından Əli Kərimlinin yanında kimlər qalıbə

- Orda bəzi sıravi adamlar qalıb. Çox təəssüf ki, onlar hələ də bəzi həqiqətləri dərk edə bilməyiblər. Amma Elçibəyin əsas silahdaşlarından heç biri bu gün Əli Kərimli ilə deyil. Heç Əli Kərimlinin o vaxt yanında olanda da bu gün onunla birgə deyillər. Çünki onlardan Elçibəyə qarşı istifadə edib, sonradan həmin adamların özlərinə qarşı kampaniyalar təşkil edib. Bu adamlar anladılar ki, artıq Əli Kərimli ilə bir ola bilməzlər. Ona görə də indi mən Elçibəyin keçmiş silahdaşlarından Əli Kərimli ilə olan heç kimi xatırlaya bilmirəm. Ümumiyyətlə, Elçibəyə birbaşa bağlığı olan adamlar var ki, onlar heç vaxt Əli Kərimli ilə eyni mövqedə olmayıblar.

Cebhe.info


Oxunma sayı: 6260