hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO

Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO

Cebhe.info Müsavat.com-a istinadən xəbər verir ki, "Yurd" sədri Əli Kərimlinin yaxın adamlarından birinin - partiya funksioneri Məmməd İbrahimin sosial şəbəkələrdə səs yazısı yayılıb.

İbrahim Məmməd Əziz oğlu – 1966-cı ildə Yevlax rayonunda anadan olub, Kərimlinin müşaviri, Nərimanov şöbəsinin koordinatorudur. Təşkilat daxilində xüsusi aktiv  şəxslərdəndir.

M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə həbs olunub. 
Bəs görəsən audioyazıda nə deyir Məmməd İbrahim?

"Bizim qərarımız var, 4-cü gün piket keçirəcəyik ya İcra Hakimiyyətinin qabağında ya da Prezident Aparatının qabağında. Gələn gəlsin, qorxan qorxsun, bizim işimiz budur. Ona görə deyirəm ki, köhnədən gələn, təzədən gələn bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir? Nə üçündür? Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlməyəcək Lökbatana, heç kim gəlməyəcək Lökbatana. “Dvadsatı”-ya gəlmirdilər, “Dvadsatı”-ya biz 2 min, 3 min adam yığırdıq. 2 min ə, 3 min adam gəlmişdi “Dvadsatı”-ya. 20-ci sahədən uzaqdı Lökbatan. “Dvadsatı”-ya 2 min adam gəldi biabır olduq, biabır olduq, biabır olduq, əl çək bu Lökbatandan. Mikayıl bəy, əl çək bu Lökbatandan"

Bu lent yazısından "Yurd" və Milli Şura yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq eləməsinin səbəbi aydın olur. Elektorat Əli Kərimliyə görə fədakarlıq etmək istəmir. Biabır olduqlarını görən təşkilat funksionerləri isə mitinq keçirməkdən daha çox, məkanla bağlı cığallıq etməyə üstünlük verirlər. Çünki, Məmməd İbrahim demişkən, insanlar gəlmirlər və biabır olurlar...

Cebhe.info


Oxunma sayı: 1101