hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Əlilliyi olan şəxslər istirahətə yola salınıb

Əlilliyi olan şəxslər istirahətə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 2019-cu il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb.

ƏƏSMN-dən verilən məlumata görə, bu kateqoriyadan olan 90 nəfər şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.

Tədbir “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.

Bu məqsədlə cari ilin yaz-yay mövsümündə 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub.

Cebhe.info


Oxunma sayı: 914