hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Əlilliyin faizlə olması qənaət rejiminə keçiddir?-Deputatdan iradlara cavab

Əlilliyin faizlə olması qənaət rejiminə keçiddir?-Deputatdan iradlara cavab

“30 faiz məsələsi dünya praktikasında da belədir. Ola bilər ki, 30 faiz nəticəsində orqanizmin funksiyası pozulacaq, ancaq bu, şəxsin əmək və həyat fəaliyyətinə təsir etmir. Ancaq şəxs iş prosesini yerinə yetirərkən xəsarət alıbsa, bu zaman əlillik təyin olunacaq”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliklə bağlı dəyişikliklərdən danışarkən deyib. Komitə sədri əlavə edib ki, bu dəyişikliklərin daha çox qənaət rejimininə xidmət etdiyi səsləndirilir: “Əksinə, bununla daha çox vətəndaşımızın sosial pensiya alması mümkün olacaq. Qanun qəbul edildikdən sonra Nazirlər Kabineti bu məsələdə 800 meyar üzrə qərarı təsdiq edəcək.

Hər kəs o qərara baxaraq orqanizminin funksiyalarının neçə faiz itirdiyini görə biləcək. Ona görə də dəyişikliklərin məqsədi vəsaitə qənaət edilməsi deyil. Bilirik ki, son 3 il ərzində cənab Prezidentin qərarlarıyla sosial sahəyə artırılan vəsaitlər artırılıb”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 991