hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Əlimizdə nəticələri dəyişəcək qədər dəlillər var" - Trampın vəkili

"Əlimizdə nəticələri dəyişəcək qədər dəlillər var" - Trampın vəkili

Son seçkilərdə ABŞ prezidentliyinə namizəd olan Donald Trampın vəkili nəticələri dəyişəcək qədər dəlillərin olduğunu bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 3 noyabrda keçirilən prezident seçkilərindən sonra nəticələrin saxtalaşdırıldığı iddiası ilə çıxış edən Trampın vəkilləri mətbuat konfransı keçirib.

Rəsmi olmayan nəticələrə görə Cozef Baydenin qalib gəldiyi elan edilsə də, Donald Trampın vəkilləri bu qələbənin həqiqətəuyğun olmadığını ifadə edirlər.

Qeyd edək ki, Donald Tramp seçki saxtakarlığı iddiası ilə məhkəməyə müraciət edib. Artıq bir neçəsi keçirilmiş məhkəmə proseslərində iddia təmin olunmayıb.

Cebhe.info


Oxunma sayı: 672

Bizim Telegram səhifəmizi izləyin