hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Elinanı həm də xəstəxana öldürdü - RƏY

Elinanı həm də xəstəxana öldürdü - RƏY

“Elina Hacıyevanın intiharında məktəbin direktoru və əgər varsa, psixoloqu ilə yanaşı şagirdin yerləşdirildiyi xəstəxana və müalicə həkimi də məsuliyyət daşıyır”.

Cebhe.info xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın oxuduğu məktəbdə intiharına münasibət bildirərkən deyib. O bildirib ki, Elina Hacıyeva intihar etməyib, intihara cəhd edib: “İntihar o zaman olardı ki, özünü atan kimi vəfat edərdi. O şagird həm də həkim səhlənkarlığı ucbatından ölüb. Yayılmış məlumatlara əsasən, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Elinanın daxili orqanlarını müayinə etməyib, qarşıya çıxa biləcək fəsadları nəzərə almayıblar. Ola bilsin ki, həkimlər biganə yanaşıblar. Yəqin bunu hüquq-mühafizə orqanları araşdıracaq”. 

İlahiyyatçı bildirib ki, “Semaşko” xəstəxanası üçün bu kimi ölümlər xarakterikdir: “Əvvəllər də dəfələrlə bənzər halların şahidi olmuşuq. Ölkədə səhiyyənin qorxulu durumu, xəstəxanaların artıq kabusa çevrilməsi heç kimə sirr deyil. Şəxsən tanıdığım insanlar var ki, ağır xəstədirlər, xəstəxanaya getməkdənsə, evlərində rahat ölümü üstün tuturlar. Hesab edirəm ki, Elinanın ölümündə həm də ölkə səhiyyəsi məsuliyyət daşıyır”. 

Yeganə 
Cebhe.info


Oxunma sayı: 1199