hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Əlini işçisinə öpdürən nazir arvadı danışdı

Əlini işçisinə öpdürən nazir arvadı danışdı

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoyun həyat yoldaşı Pervin Ersoyun paylaşımı hər kəsin sərt reaksiyasına səbəb olub.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aişanın uşaqlara əlini öpdürərək dollarla cib xərcliyi verməsinin gündəm olmasından sonra Pervin Ersoy da yanında işləyən bir xanıma əlini öpdürərək pul verib, sosial şəbəkədə paylaşması tənqid edilib.

Bu şəkillə bağlı ilk dəfə açıqlama verən Pervin Ersoy nazirin həyat yoldaşı tərəfindən danlandığını deyib:

"Mən sizə həqiqəti söyləyirəm! O mənə çox hirsləndi. O, həddindən artıq reaksiya verdi. Səhərə qədər gözümə yuxu getmədi, səhərə qədər ağladım. Əlbəttə ki, bu da məni daha çox sarsıtdı. Düzdür Mehmet mükəmməlliyi sevən adamdır. Amma onu tanıyan hər kəs bunu bilir. 

O, heç vaxt səhvi qəbul etməz. Amma bu hadisədə az da olsa, yanımda olmasını istərdim. Bu bir səhv idi, bəli. Düşüncəsizlik idi. Onun siyasi statusunu unutmamalıydım. Niyyətim yaxşı olsa da, pis niyyətli insanların bunu onun siyasi etibarını zədələmək üçün istifadə edə biləcəyini düşünməliydim".

Cebhe.info


Oxunma sayı: 683