hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Elman Nəsirov tənqidçilərinə səsləndi: “Bunu da hallandırın, ermənilər əvvəl əyilə-əyilə gəzirdi, indi...”

Elman Nəsirov tənqidçilərinə səsləndi: “Bunu da hallandırın, ermənilər əvvəl əyilə-əyilə gəzirdi, indi...”

Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricı getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.

Cebhe.info-ya açıqlamasında Milli Məclisin üzvü, deputat Elman Nəsirov bildirib ki, hərbçilərlə bağlı müəyyən məhdudiyyətlər olmalıdır:

"Söhbət o şəxslərdən gedir ki, düşmənlə üz-üzə postlarda dayanırlar. Hərbi sirr kimi böyük məsuliyyət tələb edən məsələlər var. Ona görə də hərbçinin düşmənlə üz-üzə mövqedəykən hər hansı vəziyyətini sosial şəbəkədə ifadə etməsi, “filan qədər gücümüz var, filan yerdə dislokasiya edilmişik” kimi sözləri deməsi, bunu fakt və rəqəmlərlə göstərməsi düşmənə çox ciddi informasiya ötürmək, düşməni məlumatlandırmaqdır. Ona görə də sosial şəbəkələrdən hərbçilərin istifadə etməsi diqqətdə saxlanılır. Düşünürəm ki, qanunun tələbləri də sərt olmalıdır. Hərbçilərin yeganə funksyası Vətənə xidmət, ərazi bütövlüyünü, toxunulmazlığını təmin etməkdir. Bundan böyük missiya ola bilməz".

Deputat deyib ki, informasiya cəbhəsində qazanılan qələbə cəbhədə qazanılan qələbə üçün çox ciddi fundament yaradır:

"İnformasiya cəbhəsində məğlubiyyət ön cəbhədə də məğlubiyyətə yol açır. İnformasiyanı yaymaq düşmənin dəyirmanına su tökmək anlamı daşıyır. Buna qətiyyən imkan vermək olmaz. Hərbi məsələlərlə bağlı Müdafiə Nazirliyinin məlumatlarına istinad edilməlidir. Əsgər, zabit nəyə görə dislokasiya edilmiş ərazidə hərbi vəziyyət, potensialımızla bağlı məlumat verməlidir?! İstənilən məlumatı rəsmi mənbələrdən eşitmək daha düzgündür".

Elman Nəsirov əlavə edib ki, vaxtilə erməni əsgərinin əyilə- əyilə gəzdiyini dediyinə görə ermənipərəst dairələr onu ittiham edib:

"Erməni əsgərinin əyilə- əyilə gəzdiyini deyəndən sonra bildirdim ki, mən hələ yumşaq demişəm, erməni əsgəri Azərbaycanın yenilməz əsgər, zabitlərinin qarşısında iməkləyir. İndi isə deyirəm ki, erməni əsgəri Azərbaycan əsgəri qarşısında ağ bayraqla gəzir. Bu sözümu də erməni dəyirmanına su tökənlər eynilə hallandırsınlar. 10 min fərarisi olan erməni ordusunun vəziyyətini başqa necə qiymətləndirmək olar? Heç özləri də bilmirlər ki, bu halda hansı addımı atsınlar".

Şəlalə Babayeva
Cebhe.info


Oxunma sayı: 4786