hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Elmar Məmmədyarov Con Boltonla Qarabağdakı vəziyyəti müzakirə etdi

Elmar Məmmədyarov Con Boltonla Qarabağdakı vəziyyəti müzakirə etdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz “Tvitter” səhifəsində yazıb.

Məlumata görə, görüş zamanı intensiv məsləhətləşmələr, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti, substantiv əsasda danışıqların irəli aparılması yolları, regionda vəziyyət və bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşmək üçün ABŞ-da səfərdədir. Görüş iyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə baş tutacaq.

Cebhe.info


Oxunma sayı: 848