hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Elmar Məmmədyarov Litva parlamentinin sədri ilə görüşüb

Elmar Məmmədyarov Litva parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin (Parlament) sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN-dən  verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib və iki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olunub. 

E.Məmmədyarov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə edilməkdə olan yeni Saziş, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iştirakımız barədə məlumat verib.

Cebhe.info


Oxunma sayı: 408