hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Elmira Süleymanova Dilqəm və Şahbazdan danışmaq istəmədi: “O qədər müsahibə vermişəm ki...”

Elmira Süleymanova Dilqəm və Şahbazdan danışmaq istəmədi: “O qədər müsahibə vermişəm ki...”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 5 ildir ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində görülən tədbirlərdən danışmaqdan imtina edib. 

Elmira Süleymanova Cebhe.info əməkdaşının bununla bağlı sualına cavabında deyib ki, məsələ barədə kifayət qədər müsahibə verib:

“O qədər bu məsələ haqda müsahibə vermişəm ki… Mən hər zaman o barədə müsahibə verirəm. Öz yazdıqlarınıza baxın… Ona görə də icazənizlə…” 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz məhkəmə qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1046