hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Elşən Qafarov: “Yeni sistem təhsilə heç nə verməyəcək”

Elşən Qafarov: “Yeni sistem təhsilə heç nə verməyəcək”

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün yeni bir tələbin qoyulması təklif edilir və bu təkliflə bağlı dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacağı bildirilib.

Bəs, yeni yaradılacaq bu sistem təhsilə nə verə bilər?

Məsələ ilə bağlı "Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlama verərək bildirib ki, yeni sistem təhsilə heç nə verməyəcək.

“Bu, daha əvvəl təhsillə bağlı atılan addımlar kimi populist xarakter daşıyır. 15 gündür Nizami rayonu ərazisində fəaliyyət göstərən 109 saylı məktəbdə qız uşaq intihara cəhd edib. Belə olan halda hansı yeni nəzarət mexanizmindən söz gedə bilər? 4 min 500 məktəbdən sadəcə birində hadisə olub, 15 gündür, bunu yığışdıra bilmirlər, qaldı ki, yeni sistem yaratmaq.

Düşünürəm ki, yaradılması nəzərdə tutulan sistem yaradılmayacaq, yaradılsa belə, bir effekti olmayacaq. Nə qədər ki, təhsili təhsildən xəbərsiz insanlar idarə edir, mümkünü deyil ki, yeni sistem yaradılsın və nəzarət güclənsin.

Əgər, nəzarəti gücləndirmək üçün sistem yaratmaq istəyirlərsə, o sistem yuxardan aşağı yox, aşağdan yuxarı getməlidir. İlk növbədə təhsil müəssisələrində bütün proseslər hüquqi-normativ proseslər əsasında həyata keçirilməlidir. Bu hüquqi məlumatlar da sənədlərdə yoxdur, məktəbdaxili intizam qaydaları yoxdur, məsələlərin təhlil nizamnamələri yoxdur. İlk əvvəl bunlara yaradılmasına diqqət edilməlidir”.  

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 397