hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Elxan Şahinoğlu: “Əgər Makron bu il də Azərbaycana gəlməsə...”

Elxan Şahinoğlu: “Əgər Makron bu il də Azərbaycana gəlməsə...”

“Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Brüsseldəki toplantısından sonra Bakıya qayıtmayaraq Fransaya səfər etməsi və Parisdə görüşlərə ehtiyac duymasının bir neçə səbəb ola bilər”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Fransa Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarındandır:

“Fransa şirkətlərinin Azərbaycanda investisiyaları var. Rəsmi Bakı bu investisiyaların artırılmasında maraqlıdır. Fransa ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Rəsmi Bakı Fransanın münaqişənin həllində hansı yeni təşəbbüsləri ola biləcəyini müəyyənləşdirmək istəyir. Bundan başqa Azərbaycan Fransa ilə hərbi əməkdaşlığa da başlamaq istəyir. Təşəbbüslər var, sadəcə bunları reallaşdırmaq lazımdır”.

Politoloq keçən il Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfərə gəlmədiyini də xatırladıb:

“Halbuki belə bir səfər planlaşdırılırdı və iki dəfə təxirə salındı. Rəsmi Bakı bu səfərin bu ilin reallaşmasını istəyir. Makron keçən il Bakıya deyil, İrəvana getdi. Bundan sonra Makron “erməni soyqırımının” hər il aprelin 24-də Fransada qeyd olunacağı haqqında fərman verdi. Keçmiş prezident Nikol Sarkozinin də Ermənistana və ermənilərə rəğbəti var idi, ancaq o heç olmazsa, Azərbaycana da gəlirdi və Bakı ilə dialoqdan qopmurdu. Əgər Makron bu il də Azərbaycana gəlməsə, bu iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 276