hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Elza Seyidcahan "Mən dəlinin rəssamı"nı icra başçısına verdi

Elza Seyidcahan "Mən dəlinin rəssamı"nı icra başçısına verdi

İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş I kitab yarmarkası keçirilib.

Cebhe. info xəbər verir, “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən yarmarkada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, tanınmış yazıçılar, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Sumqayıt şəhəri ilə yanaşı, Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar yarmarkada ümumilikdə 30 mindən çox kitab təqdim edib.

Açıq səma altında keçirilən kitab yarmarkasında müəlliflər oxucuları ilə görüşlər keçirib və onlar öz imzalı əsərlərini təqdim ediblər.

Tədbirə qatılan əməkdar artist, bəstəkar - müğənni Elza Seyidcahan  öz növbəsində Zakir Fərəcova ölkə başçısına həsr etdiyi. "Mən dəlinin rəssamı" şeir  kitabını imzası ilə  hədiyyə edib. 
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib, ədəbi-bədii kompozisiya təqdim olunub.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 958