hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Əmanətçilərə 602,5 milyon manatdan çox kompensasiya ödənilib

Əmanətçilərə 602,5 milyon manatdan çox kompensasiya ödənilib

Dekabrın 3-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 954 əmanətçiyə 602,5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Cebhe.info-ya bu haqda ADIF-dən məlumat verilib. Əmanətlərin Sığortalanması Fonduna bildirilib ki, bu il iyunun 16-dan dekabrın 3-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 228,97 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4510 əmanətçiyə 107,43 milyon manat, "NBC Bank" üzrə isə 4104 əmanətçiyə 121,54 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən dekabrın 3-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 373,52 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5701 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138,16 milyon manat, "Ata Bank" üzrə 9639 əmanətçiyə isə 235,36 milyon manat təşkil edib. Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.

Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1783

Bizim Telegram səhifəmizi izləyin