hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Əmanətçilərə daha 626 milyon kompensasiya ödənilib

Əmanətçilərə daha 626 milyon kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 437 əmanətçiyə 626,91 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Cebhe.info xəbər verir ki, bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Fonddan bildirilib ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan fevralın 23-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 244,16 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4672 əmanətçiyə 113 milyon manat, "NBC Bank" üzrə isə 4208 əmanətçiyə 131,12 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən fevralın 23-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 382,75 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5795 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,74 milyon manat, "Ata Bank" üzrə 9762 əmanətçiyə isə 243 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 716