hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Əmanətlər üçün son 3 ay: 4 martdan sonra nə olacaq?

Əmanətlər üçün son 3 ay: 4 martdan sonra nə olacaq?

“Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Ötən il bu sistemin müddəti 1 il də, yəni 2020-cilin 4 martınadək uzadıldı. Bu sistemə əsasən fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 10%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 2,5%-dən çox deyil”. 

Cebhe.info xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O, 4 mart 2020-ci il tarixdən sonra əmanətlərin sığortalanmasının necə həyata keçiriləcəyinə aydınlıq gətirib:

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək. Tutaq ki, vətəndaş 2019-cu ilin 1 avqust tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 10%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2020-ci il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2020-ci ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək”.

Ekspert qanunun müddəti yenə uzadılacağına ümid etmir: “Çünki parlament buraxılmaq üzrədir. Milli Məclisin yeni tərkibi yəqin ki, 4 martdan sonra ilk iclasına toplaşacaq.

Bəs bu vəziyyətdə işdən hali olan əmanətçilər nə edə bilər?

1) Bankda yalnız 30000 manat həddində əmanət saxlaya bilərlər. Yəni artıq məbləği çıxara bilərlər. Bu məntiqlə əmanətlərinin məbləğini bölüşdürə də bilərlər. Yəni elə edə bilərlər ki, bir nəfərin adına bir bankda 30000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölə (hər bankda maksimum 30000 manat), ya da bir bankda qohumları arasında bölə (hər qohumun adına maksimum 30000 manat) bilərlər.

2) Əmanətlərini (məbləğindən asılı olmayaraq) daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklarda saxlaya bilərlər. Amma həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır”.

Cebhe.info


Oxunma sayı: 1024