Əmək Məcəlləsində dəyişiklik: 27 sentyabr Anım Günüdür

Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.
Cebhe.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Əmək Məcəlləsinə əlavə edilən 106.1 maddəyə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamı imzalamışdı.
Cebhe.info
Oxunma sayı: 1431
Bizim Telegram səhifəmizi izləyin