hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Əmək Məcəlləsinə ciddi dəyişikliklər hazırlanır

Əmək Məcəlləsinə ciddi dəyişikliklər hazırlanır

“Əmək Məcəlləsinə növbəti geniş dəyişikliklər planlaşdırılır”.

Cebhe.info xəbər verir ki, bunu Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, Əmək Məcəlləsinə 20 il ərzində 79 qanunla, 5 Konstitusiya Məhkəməsi qərarı ilə edilən 300-ə yaxın dəyişiklik və əlavələr onu qeyri-funksional qanunvericiliyə çevrilib:

“Hazırda Əmək Məcəlləsinə növbəti geniş dəyişikliklər planlaşdırılır. Bu isə artıq məcəllənin tətbiqində növbəti çoxsaylı problemlər ortaya çıxaracaq. Yaranmış şəraitdə yeni Əmək Məcəlləsinin hazırlanması zərurəti vardır. Müvafiq dövlət orqanında isə əmək qanunvericiliyi ilə bağlı elementar biliklərə malik olan kadrlar yoxdur deyə, telefonla, məktubla və s. yollarla verilən sualları sadəcə cavablandırmırlar. "Qaynar xətt" adlanan sistemə hansısa "xoşbəxt" zəng edə bilsə, o yalnız musiqi dinləməli olur. Bir kazusu bir əməkdaşa danışırsan, sonra o deyir filankəslə danış, filankəsə danışırsan, o da növbətiyə ötürür və yenə də başlayırsan danışmağa. Sonda telefon əlaqəsi kəsilir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 430