hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əməkdar artistin doğum günüdür 

Əməkdar artistin doğum günüdür 

Bu gün mərhum Əməkdar artisti Həsənağa Sadıqovun doğum günüdü.

Cebhe.info-nun məlumatına görə, Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı.

O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib.

1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

Hazırda onun diskləri Amerika və Afrika ölkələrində, Norveçdə, Vyetnamda, Almaniyada satılır və o, həmin ölkələrdə yaradıcılıq əlaqələri ilə bağlı 3 illik müqavilə bağlayıb. 1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

Həsənağa Sadıqov 1 avqust 2018-ci ildə uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etmişdir. Salyan rayonu Noxudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1442