hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əməliyyatlar zamanı mənəvi-psixoloji təminat tədbirləri keçirilir- RƏSMİ

Əməliyyatlar zamanı mənəvi-psixoloji təminat tədbirləri keçirilir- RƏSMİ

Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir.

Cebhe.info xəbər verir ki,bu barədə Müdafiə Nazirliyi bildirib.

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir.

Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.

Cebhe.info


Oxunma sayı: 1200

Bizim Telegram səhifəmizi izləyin