hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Emmanuel Makronu da “Pegasus”la izləyiblər

Emmanuel Makronu da “Pegasus”la izləyiblər

Fransa Prezidenti Emmanuel Makron da İsrailin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramının hədəfinə məruz qaldığı deyilən dünya liderləri arasında yer alıb.

Cebhe.info “BBCnews”-a istinadən xəbər verir ki, Makronun 2017-ci ildən etibarən istifadə etdiyi nömrələrdən biri Mərakeş kəşfiyyat xidmətinin potensial kibercinayətkarlıq üçün seçdiyi nömrələr sırasında olub.

Mərakeş hökuməti “Pegasus”dan istifadə etməsi barədə iddiaları qəbul etməyib.

Fransa Prezidentinin nömrəsinin sözügedən siyahıda olması hələ “Pegasus” proqramının onun telefonuna yükləndiyinə dəlalət etməsə də, o, potensial hədəflər arasında yer alıb.

Prezident Administrasiyasından bildirilib ki, əgər bu məsələnin həqiqiliyi sübut olunarsa, ciddi addımlar atılacaq.

Son günlərin müzakirə mövzusu olan “Pegasus” proqramı hədəf şəxslərin telefonlarına sirayət edərək onların izlənməsinə imkan yaradır.

Proqramdan istifadə edilərək izlənildiyi iddia edilən şəxslərin adlarının paylaşıldığı siyahıda 34 ölkədən 600 hökumət rəsmisinin, ictimai fəalların, jurnalistlərin adları var.

Siyahıda, o cümlədən, İraq Prezidenti Bərham Salehin, Cənubi Afrikanın dövlət başçısı Cyril Ramaphosanın, Mərakeş, Pakistan və Misirin Baş nazirlərinin, eyni zamanda Mərakeş kralının da adları yer alıb.

Şəbnəm Adil
Cebhe.info


Oxunma sayı: 1288