t Ən təhlükəsiz konservlər bunlardır: Mərkəz açıqladı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Ən təhlükəsiz konservlər bunlardır: Mərkəz açıqladı

Ən təhlükəsiz konservlər bunlardır: Mərkəz açıqladı

Rusiyanın "Roskontrol" ekspert mərkəzi məşhur markalardan olan marinadlaşdırılmış xiyar turşusu konservləri üzərində araşdırma apararaq ən yaxşılarının adlarını açıqlayıb. 

Cebhe.info xəbər verir ki, lenta.ru bu barədə məlumat yayıb.

Araşdırma bu brendlər üzərində aparılıb: "Market", "Dyadya  Vanya", "Qrin Rey", "Bonduelle", "Skatert - samobranka", "Melen-Domaşniye reseptı" və "6 sotok".

Yoxlama zamanı məlum olub ki, bütün nümunələr təhlükəsizlik tələblərinə uyğun hazırlanıb. "Bonduelle", "Skatert - samobranka", "Melen-Domaşniye reseptı" və "6 sotok" konservlərində nitrat və pestisidlərin miqdarı təhlükəsiz və normal miqdardadır. Konservləşdirmə qaydasına görə, bankada tərəvəzin miqdarı 55% - dən az olmamalıdır. Yoxlama zamanı testdən keçən adıçəkilən brendlərə satış üçün zəmanət verilib.

Qeyd edək ki, yanvarın əvvəlində isə "Roskontrol" şaftalı dadında olan yoqurtlar üzərində araşdırma testi aparıb. Yoxlamanın nəticələrinə görə, "Sloboda", "Vkusnoteevo", "Aquşa" və "FrutoNyanya" yoqurtlarının satışına zəmanət verilib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 672