hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

ENCT layihəsi başa çatıb

ENCT layihəsi başa çatıb

İyunun 12-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin, Avropa İttifaqının (Aİ) və BMqT-nin İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” (ENCT) layihəsinin başa çatması ilə bağlı konfrans keçirilir.

Cebhe.info xəbər verir ki, konfransda Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov, Xarici İşlər Nazirliyinin humanitar siyasət idarəsinin rəisi Əlimirzamin Əsgərov, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov layihənin Azərbaycanda insan alverinə qarşı səmərəli mübarizədən və ölkəmizdə insan alveri qurbanlarının müdafiəsinə verdiyi töhfələrdən danışıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti tərəfindən insan alverinə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl və məqsədyönlü siyasət aparılır, müvafiq dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür. Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə olunub. Azərbaycan miqrasiya sahəsində qlobal tərəfdaşı olan BMqT ilə miqrasiyanın idarə edilməsi, insan alverinin qarşısının alınması sahəsində mühüm işlər, o cümlədən preventiv tədbirlər həyata keçirib. Bu bəla ilə mübarizə Azərbaycan Hökumətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin bu sahədə təcrübəsi bir sıra ölkələr üçün nümunədir. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı uğurla həyata keçirilib. Hazırda yeni fəaliyyət planı üzərində iş aparılır. Son illər ərzində Azərbaycan insan alveri ilə mübarizə sahəsi bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.

Bildirilib ki, insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin səmərəliliyi nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində də xüsusi vurğulanır. Nüfuzlu beynəlxalq qurumların hesabatlarında 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planının icrası üzrə görülmüş işlər təqdirəlayiq hesab olunub. Bu növ cinayətlərlə mübarizənin aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə davam etdirilməsi məqsədilə 2019-2023-cü illəri əhatə edən sayca dördüncü yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən, layihəyə dəstək verən Azərbaycan Hökumətinin səylərini, beynəlxalq təşkilatlarla tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan BMT və Avropa Şurasının məlum konvensiyaları və protokolları ratifikasiya edib və insan alverinə qarşı mübarizə sahəsində öz üzərinə götürdüyü öhdəliklərə tam yerinə yetirib. Azərbaycan bu öhdəliklərə uyğun olaraq həm qanunvericilik, həm də cinayət təqibi, həm də insan alveri qurbanlarını müdafiəsi sahələrində fəallıq göstərir.

Məlumat verilib ki, 2016-cı ilin noyabrından etibarən icra edilən və 24 ay ərzində həyata keçirilən layihə çərçivəsində Bakıda və regionlarda Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının əməkdaşlarına təlimlər keçirilib, xarici ölkələrə səfərlər və tədbirlər təşkil olunub. Aidiyyəti qurumların əməkdaşları yerli və beynəlxalq miqyasda insan alverinə qarşı mübarizədə bilik və bacarıqlar, təcrübə mübadiləsi imkanı əldə ediblər. Bu sahədə qazanılan nailiyyətlərin gələcəkdə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, layihənin məqsədi insan alverinə qarşı mübarizədə və insan alveri qurbanlarının qorunması işində Azərbaycan Hökumətinin imkanlarını gücləndirməkdir. Layihə “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” çərçivəsində müəyyənləşdirilmiş fəaliyyət istiqamətlərinə uyğun olmaqla reallaşdırılıb. Bu Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsinə dəstək olub. Layihə çərçivəsində Azərbaycan Hökumətinə insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində hərtərəfli, çoxşaxəli yanaşma tətbiq edilərək dəstək göstərilib. İcra edilmiş fəaliyyətlər Azərbaycanın müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.

Sonda layihələrin icra olunmasına görə yerli və beynəlxalq tərəfdaşlara minnətdarlıq ifadə edilib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2410