t Energetika naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Energetika naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Energetika naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbul saat 11:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev küçəsi 90) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qobustan şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Qobustan Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 242) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Siyəzən rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, email: [email protected]), Qobustan rayonu üzrə Sumqayıt filialı(əlaqələndirici şəxs Ceyhun Nağızadə, əlaqə telefonu: (050) 275-50-01, email: [email protected]) və Cəlilabad rayonu üzrə Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonu: (050) 235-17-57, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Cebhe.info


Oxunma sayı: 617