hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Enerji Aydan gələcək: Yer üçün ilginc PLAN

Enerji Aydan gələcək: Yer üçün ilginc PLAN

Hindistan Ayda daimi baza yaratmaq niyyətindədir. Plan artıq 10 ildən sonra icra olunacaq. 

Cebhe.info xəbər verir ki, bu barədə Hindistan-Rusiya birgə müəssisəsi olan “BrahMos”un sabiq sədri Sivathani Pillai deyib.

Onun sözlərinə görə, ölkəsi 10 il sonra bu istiqamətdə işi yekunlaşdıracaq. Aydakı bazada qiymətli xammal ehtiyatı olan helium 3-ün emalı və Yerə gətirilməsi nəzərdə tutulur. Helium -3 gələcəyin ən böyük enerjidaşıyıcısı hesab edilir. 

Xatırladaq ki, Hindistan bunu mümkün edən texnologiyaya malik 4 ölkədən biridir. 

Şirkətin sabiq rəhbəri helium 3-ün xüsusiyyətlərindən də danışıb. Bildirib ki, o, böyük enerjidaşıyıcılığı xüsusiyyətinə malikdir. Ayda bu xammal ehtiyatı az deyil, buna görə də yeni texnologiyaların yaradılmasında ondan istifadə mümkündür. 

O da bildirilir ki, yaxın 10 ildə Ayda bu istiqamətdə təkcə Hindistan iş aparmayacaq. Rusiya, Çin və Amerikanın da belə planı var.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 3378