hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ərdoğan Avropa Birliyini vədlərinə əməl etməyə çağırdı

Ərdoğan Avropa Birliyini vədlərinə əməl etməyə çağırdı

"Hər zaman özümüzü Avropanın bir hissəsi hesab etdik və əgər onlar bizi başqa alternativlər axtarmağa məcbur etməsəydilər, üstünlüklərimizi Avropanın xeyrinə istifadə edərdik".

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Avropa Birliyini ölkəsinin tam üzvlük məsələsi də daxil olmaqla vədlərinə sadiq qalmağa çağırıb.

"Avropa Birliyini tam üzvlükdən tutmuş qaçqınların məsələsinə qədər ölkəmizə verdiyi vədlərə əməl etməyə çağırırıq. Belə olan halda biz birlikdə daha sıx və effektli əməkdaşlıq edə bilərik".

Ərdoğan, həmçinin Türkiyənin Avropaya inteqrasiya əzmində olduğunu və gələcəyini Avropa ilə qurmağa çalışdığını bildirib.

Cebhe.info


Oxunma sayı: 1376

Bizim Telegram səhifəmizi izləyin