hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ərdoğan həmsədr ölkələri “topa tutdu”

Ərdoğan həmsədr ölkələri “topa tutdu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Şərqi Aralıq Dənizi” Konfransında gündəmlə əlaqədar məsələlərdən danışıb. Cebhe.info xəbər verir ki, Ərdoğan çıxışında Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınadığını bəyan edib.

Ərdoğan qeyd edib ki, bölgədəki Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoyulmalıdır.

“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Minsk “üçlüyü” ABŞ-Rusiya-Fransa bu problemi bu günə qədər, 30 ilə yaxın bir müddətdə həll etmədilər.

Əslində problemi həll etməmək üçün əllərindən gələni ediblər. İndi isə ağıl verməyə başlayıblar. Zaman-zaman da təhdid edirlər. Təhdid etmək nə deməkdir? Türkiyə buradadırmı?

Türk əsgəri burada var? Bunu deyənlər Suriyanın Şimalına minlərlə TIR silah daşıyanlardır, orada hərb baza quranlardır. Bu məntiqə, bu ağıla baxın! İşğal olunmuş torpaqlar Azərbaycan torpaqlarıdır. Təxminən 1 milyon insan torpaqlarından uzaqda yaşayır. Azərbaycan öz göbəyini özü kəsmək durumunda qalıb”-deyə, Ərdoğanın bildirib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3367

Bizim Telegram səhifəmizi izləyin