hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Ərdoğan: “Xalq onsuz da Paşinyanı devirmək iqtidarındadır”

Ərdoğan: “Xalq onsuz da Paşinyanı devirmək iqtidarındadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ermənistanda baş verən çeviriliş cəhdini pisləyib.

Cebhe.info xəbər verir ki, o, istənilən çevirilişin əleyhinə olduqlarını qeyd edib:

"İstənilən çevirilişin əleyhinəyik. Çevrilişləri qəbul etməyimiz mümkün deyil. Əsgərin müdaxilə edərək çevriliş yaratmağa çalışması qəbuledilməzdir. Xalq onsuz da Paşinyanı devirmək iqtidarındadır, amma çeviriliş cəhdi olarsa, çevrilişə baxışımız fərqlidir. İdarəetmədə dəyişiklik ediləcəksə, bunu Ermənistan xalqı edəcək. Bunu erməni xalqının ixtiyarına vermək lazımdır".

Naibə

Cebhe.info


Oxunma sayı: 661