hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Ərdoğan Merkellə görüşdü

Ərdoğan Merkellə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında NATO Zirvəsi çərçivəsində keçirilən görüş sona çatıb.

Cebhe.info xəbər verir ki, NATO Baş qərargahında keçirilən qapalı görüş yarım saat davam edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar da görüşdə iştirak ediblər.

Bundan əvvəl Ərdoğan fransız həmkarı Emmanuel Makron və İngiltərənin Baş naziri Boris Conson ilə görüşüb.

Türkiyə Prezidentinin daha sonra ABŞ Prezidenti Co Bayden ilə görüşü gözlənilir.

Cebhe.info


Oxunma sayı: 452