hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Ərdoğan S-400 qalmaqalına SON QOYDU

Ərdoğan S-400 qalmaqalına SON QOYDU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan C-400 qalmaqalına son qoyub.

Cebhe.info Türkiyənin NTV kanalına istinadən bildirir ki, Ərdoğan Rusiyadan S-400 alınmasıyla bağlı yaranmış vəziyyətdən danışarkən deyib: "Mən demirəm ki, Türkiyə S-400 əldə edəcək. Mən deyirəm ki, Türkiyə artıq onları alıb. Gələn ay raketlər gətiriləcək. Bu məsələ bitib".

Ərdoğan əlavə edib ki, Türkiyə ölkənin müdafiəsi üçün tədbirlər görəndə kimsədən icazə almağı düşünmür: "Biz ABŞ-dan öz sistemlərini bizə satmağı xahiş etdik, onlar bizə rədd cavabı verdilər".

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 alması barədə xəbərlərə ABŞ-dan sərt təpki verilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2773