hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ərdoğan və Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Ərdoğan və Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı tərəflər başda Şərqi Aralıq dənizi regionundakı vəziyyət və Ermənistanın Azərbaycana hücumu nəticəsində regionda yaranan gərginlik olmaqla regional məsələlər müzakirə edilib.

Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan qarşıdurmalara toxunan Rəcəb Tayyib Ərdoğan, bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalı olduğunu qeyd edib.

Cebhe.info


Oxunma sayı: 1904

Bizim Telegram səhifəmizi izləyin