hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Ərdoğandan iddia: Mursi ölməyib, öldürülüb

Ərdoğandan iddia: Mursi ölməyib, öldürülüb

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında 20 dəqiqə çırpınıb.

“Haber7.com” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

O bildirib ki, M.Mursi öz əcəli ilə ölməyib, öldürülüb:

“Mursinin vəsiyyəti vardı ki, öz kəndində dəfn etsinlər. Ancaq dövlət onu öz seçdiyi yerdə dəfn etdi. Çünki ondan qorxurlar”.

Xatırladaq ki, Misirin sabiq prezidenti Məhəmməd Mursi iyunun 17-də Qahirədə, məhkəmə salonunda vəfat edib. Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə oradaca keçinib. M.Mursinin ürək çatışmazlığından öldüyü ehtimal olunur

Cebhe.info


Oxunma sayı: 2102