hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ərdoğandan Rusiya və Yunanıstana cavab gecikməyib

Ərdoğandan Rusiya və Yunanıstana cavab gecikməyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Rusiya və Yunanıstana “Aya Sofya” cavab gecikməyib.

Cebhe. info xəbər verir ki, “Aya Sofya”nın məscid kimi istifadəyə veriləcəyi xəbəri Yunanıstan və Rusiya tərəfindən narazılıqla qarşılanıb. Onlara cavab olaraq Ərdoğan bildirib: "Hamı qərarımıza hörmət etsin. “Aya Sofya”nın hansı məqsədlə istifadə olunacağı qərarı bizə - ölkəmizə məxsusdur. Türkiyə Cümhuriyyətinin bayrağı, paytaxtı, dini, azanı haqqında verilən qərarlar necə bizə məxsusdursa, eləcə də bu haqda olan qərarı müstəqil şəkildə biz qəbul edirik. Tarixi və hüquqi haqlarımıza sahib çıxmaq qərarlarımıza hörmət və anlayış gözləyirik".

Qeyd edək ki, Yunanıstan Mədəniyyət naziri də “Aya Sofya” qərarı haqqında danışarkən "Muzeyin məscid kimi istifadəyə verilməyi bütün dünyaya qarşı təxribatdır” fikrini səsləndirmişdi. Rus Ortodoks Kilsəsi isə bu qərara belə reaksiya vermişdi: " “Aya Sofya” muzeyinin məscid kimi istifadə qərarına çox üzüldük. Qərar böyük parçalanmalara səbəb olacaq".

Semra Ələkbərli
Cebhe. info


Oxunma sayı: 881