hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Ərdoğanın Şuşa səfərinə Rusiya mane olub? - “Dediyi vaxtda burada olacaq” - Deputat - VİDEO

Ərdoğanın Şuşa səfərinə Rusiya mane olub? - “Dediyi vaxtda burada olacaq” - Deputat - VİDEO

Yanvar ayından Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanın Şuşaya səfər edəcəyi bildirilsə də, hələ ki, bu baş tutmayıb.

Səfərin ötən müddət ərzində baş tutmaması bəzi iddiaların yaranmasına səbəb olub. Belə ki, bəzi iddialara görə, Ərdoğanın səfərinin gecikməsi Rusiya tərəfinin razılığının olmamasıyla bağlıdır.

Xatırladaq ki, iyunun 15-də Ərdoğanın Bakıya və Şuşaya səfəri gözlənilir. Türkiyə Prezidenti özü də bununla bağlı açıqlamasında bildirib.

Maraqlıdır ki, bu iddialar nə dərəcədə doğru ola bilər?

Cebhe.info-ya müsahibəsində deputat Vüqar İskəndərov bildirib ki, iddiaların əsası yoxdur və Ərdoğanın səfəri deyilən zamanda mütləq gerçəkləşəcək:

“Türkiyə müstəqil və artıq dünyada sözü olan dövlətdir. Mən sizi buradan əmin edirəm ki, Rəcəb Tayyib Ərdoğan deyilən vaxtda Bakıya gələcək. Harada deyirsə, orada cənab prezidentlə bir yerdə olacaq. Bu gün Türkiyənin xarici siyasətində ona təsir göstərən fakt yoxdur. Heç bir ölkə Türkiyənin xarici siyasətinə təsir göstərə bilməz. Türkiyə bu gün kifayət qədər müstəqil siyasət yeridən ölkədir. Elə ona görə də özünə qarşı bəzi qüvvələrdə qıcıqlar yaradıb. Çünki bu gün Türkiyə artıq söz sahibi olan dünyanın böyük ölkələrindən birinə çevirilib. Bu proses hərbi, iqtisadi, siyasi sahədə də gedir. Ona görə də tamamilə yanlış fikirdir. Yəni Rəcəb Tayip Ərdoğan Azərbaycanda deyilən vaxtda, deyilən gündə olacaq".

Cebhe.info


Oxunma sayı: 1046