hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Ərdoğanla Pensin qapalı görüşündə nələr olub - İlk açıqlama, FOTO

Ərdoğanla Pensin qapalı görüşündə nələr olub - İlk açıqlama, FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaraya gələn ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Prezidentinin Ankaradakı iqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, yerli vaxtla saat 15:42-də başlayan görüş 1 saat 40 dəqiqə çəkib: "Görüşdə "Barış Pınarı" əməliyyatı, əməliyyatdan sonra atılacaq addımlar, təhlükəsiz bölgə və ABŞ-ın sanksiya qərarları müzakirə olunub".

İkitərəfli müzakirədən sonra tərəflər çoxtərəfli görüşə başlayıblar.

Bu görüş isə 2 saat 40 dəqiqə çəkib.

Hələlik görüşlərlə bağlı rəsmi məlumat yayılmayıb.

Cebhe.info


Oxunma sayı: 628