t Erkin Qədirli mandatdan imtina edəcək: Əgər səslər onun xeyrinə yazılarsa...
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Erkin Qədirli mandatdan imtina edəcək: Əgər səslər onun xeyrinə yazılarsa...

Erkin Qədirli mandatdan imtina edəcək: Əgər səslər onun xeyrinə yazılarsa...

«Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAL-da çox tənqid olundum. Qərarımı dəyişdirməyimin qıraqdan çox pis göründüyünü anlayıram. Bununla belə, Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram. İki aydan sonra hər şey aydın olacaq. Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq”.

Cebhe.info xəbər verir ki. bunu ReAL təmsilçisi Erkin Qədiri deyib. O  indidən bildirib ki, deputat seçilməyi aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcək:

1) ATƏT-in mənfi rəyi;
2) dairədə karusel və/və ya bülletendoldurma;
3) dairədə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;
4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması.

“Doğrusu, 2-ci, 3-cü və ya 4-cü bəndlərdə yazılanların baş verəcəyini gözləmirəm. Mənim xeyrimə səsvermənin nəticələrini saxtalaşdırmaq faydasız, hətta mənasız bir iş olardı. Bununla belə, parlamentdə yerimin hazır olduğunu iddia edənlər, güman ki, bu cür halları nəzərdə tuturlar (bəzilərinin belə işlərdə təcrübələri də var). 1-ci bənddəki hal daha ciddidir. ATƏT-in dəyərləndirmə, ardınca da müşahidə missiyaları gələndə, onlarla bununla bağlı ayrıca danışasıyam”,- deyə o vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 1882