hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Erməni dilini bilmək istəyənlər: Bu kitabdan öyrənin

Erməni dilini bilmək istəyənlər: Bu kitabdan öyrənin

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mütəmadi şəkildə erməni dili kurslarının təşkilini davam etdirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, kurs siyasi elmlər doktoru Hatəm Cabbarlı tərəfindən tədris olunur. BMTM həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib. Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər.

Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib.

Vəsaitin elektron versiyası BMTM-in saytında nəşrlər bölməsinə yerləşdirilib. Yükləmək üçün aşağıdakı linkdən keçid etmək mümkündür:

https://aircenter.az/uploads/files/ERM%20DILI%20%2B%20cild.pdf

Kitab həmçinin məhdud sayda dərc olunub.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1706