hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Erməni əsgərlərin meyitləri təhvil verilib: Bu istiqamətdə dəhliz açılıb - RƏSMİ

Erməni əsgərlərin meyitləri təhvil verilib: Bu istiqamətdə dəhliz açılıb - RƏSMİ

Erməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib.

Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

"Bu prosesdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Bu gün, indilərdə proses başa çatdı. Biz həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə və beynəlxalq humanitar hüquqa sadiqliyini göstərir".

Cebhe.info


Oxunma sayı: 3103

Bizim Telegram səhifəmizi izləyin