hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Erməni generallar Müdafiə Nazirliyindən qaçdılar - VİDEO

Erməni generallar Müdafiə Nazirliyindən qaçdılar - VİDEO

Ötən gecə Ermənistan Müdafiə Nazirliyində gərgin anlar yaşanıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, itkin düşən hərbçilərin yaxınları nazirliyə basqın edərək binanın bütün giriş-çıxışlarını bağlayıblar.

Bu səbəbdən nazirliyin işçiləri səhərə qədər binada təhlükə ilə üz-üzə qalıblar.

"Müdafiə Nazirliyində gecə saatlarında vəziyyət gərginləşib. Binanın içərisində qalan işçilər bunkerə eniblər, hasarları aşmağı bacaran bir-iki nəfər isə qaçıb. Hətta bir neçə general binadan çıxaraq hasarlardan atlamaqla canını qurtarıb. General Albert Mardoyan da qaçanlar arasında olub",- erməni KİV-lərinin yaydığı məlumatda qeyd olunub.

Cebhe.info


Oxunma sayı: 331